Saç kəsim və vizaj kursu

Vizaj kursu haqqında məlumat:

  • Vizaj kursu 4-5 aylıq kursdur. Həftədə iki dəfə 1, 5 saat (90 dəqiqə) olmaqla keçirilir.
  • 4 aya (32 dərsə) sertifikat, 5 aya (40 dərsə) diplom və sertifikat verilir. Diplom və sertifikat ingilis və azərbaycan dillərində yazılır.
  • Həftədə 2 dəfə yox, bir neçə dəfə gəlməklə kursu tez bitirmək də mümkündür.
  • Dərslər praktiki formada keçirilir. Əvvəlcə müəllim mövzunu izah edir, model üzərində göstərir, daha sonra sizə model verir, siz o model üzərində keçirilən həmin mövzunu işləyirsiniz.
  • Əlinizdə olan işdən asılı olaraq, dərslərin saatı uzana bilər. Bunun üçün əlavə ödəniş tələb olunmur.
  • Kursumuza vizaja aid hər şey daxildir. Üz quruluşuna, göz quruluşuna, dərinin rənginə, gözlərin rənginə, saç düzümünə, geyim tərzinə, geyimin rənginə uyğun olaraq müxtəlif makiyaj növləri - sadə makiyaj, gündəlik makiyaj, ziyafət makiyajı, ərəb makiyajı, art makiyaj, 3D makiyajı, gəlin makiyajı, üz korrektoru,  burun korrektoru, konturlama, göz quruluşlarına görə ten işləməsi, kiprik düzülməsi, liner çəkilməsi qaydaları və s. öyrədilir.
  • Dərslər praktik olaraq insan üzərində öyrədilir, yalnız müəllim deyil, tələbə özü də real olaraq dərsi tətbiq edir. Tələbə müəllimin əlinə baxmır, özü model üzərində işləyir.
  • Dərsin keyfiyyətinə zəmanət verilir. Qiymətlər  yüksək təlimə rəğmən digər kurslardan aşağıdır.
Ünvan:
Mingəçevir şəhəri, Samux küçəsi 7 (Mingəçevir Turizm Kollecinin köhnə binası)