“Zəka-S Təlim-Tədris Mərkəzində” təcrübə tələbələr üçün əlavə imkandır
Müasir dövrdə əmək bazarının inkişaf xüsusiyyətlərinə uyğun olaraq onun peşə ixtisasına, peşə biliklərinə malik şəxslərlə təmin edilməsi kifayət qədər aktuallıq kəsb edir. Belə ki, ümumilikdə dövlət və iqtisadiyyatın müəyyən sahələri üçün müvafiq ali təhsilli mütəxəssislərlə yanaşı, müxtəlif peşə sahələri üzrə zəruri bilik və vərdişlərə malik mütəxəssislərin hazırlanması da vacibdir.
Müxtəlif sahələrdə çalışmaq üçün mütləq şəkildə ali təhsilə malik olmaq zəruri deyil. Bu mənada müəyyən peşə ixtisası üzrə biliklərin əldə edilməsi ilə də iqtisadi və sosial həyatın müəyyən sferalarında əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. Peşə təhsilinin əhəmiyyəti həm də onunla bağlıdır ki,ümumilikdə əmək bazarının təlabatına uyğun olaraq orta məktəbi bitirən şəxslərin əmək bazarına ixtisassız girişinin qarşısı alınır. Eyni zamanda onların ilkin bilik və bacarıqlar ilə təmin olunması səbəbilə əmək fəaliyyətinə daha hazırlıqlı başlaması, daha sonra gələcəkdə inkişaf və karyera yönümlü istiqamətdə bu təcrübənin onlar üçün yararlı olması səbəbindən peşə təhsili mühüm əhəmiyyət kəsb edir.
“Zəka-S Təlim-Tədris Mərkəzində” peşələr üzrə tədris prosesi həm nəzəri, həm də praktiki formada aparılır. Hər bir peşənin yaxşı mənimsənilməsi və gələcəkdə yaxşı kadr yetişdirilməsi üçün Zəka-S Təlim-Tədris Mərkəzində təcrübə dərslərinə üstünlük verilir və təcrübə dərsləri tələbələrə mükəmməl formada öyrədilir. Məzunlara müvafiq peşə üzrə əldə etdikləri bilik və bacarıqları işəgötürən müəssisələrin nümayəndələrindən ibarət təşkil olunmuş komissiya qarşısında nümayiş etdirmək üçün şərait yaradılır. Nümayiş zamanı peşə sirlərini tam mənimsəmiş, müvafiq peşə üzrə işləmək bacarığına malik məzunlara diplom və sertifikatlar da təqdim edilir.
Diş texniklərinin təcrübə dərslərindən olan görüntülər təqdim olunur.