GƏNCLƏR, SİZİN ÜÇÜN!
Əziz oğlan və qızlar!
Mingəçevir şəhərində yeni Zəka-S Təlim Tədris Mərkəzi fəaliyyətə başlayıb. Burada XXI əsrin tələbləri nəzərə alınmaqla çoxçeşidli sənət və peşələrə yiyələnmək mümükündür. Siz əczaçılıq, tibb işçisi, diş texniki, diş həkimi assisenti və ya stomatoloq assisenti, kimyəvi-bakterioloji laborant, ümumi kosmetalogiya və tibbin digər sahələrini əhatə edən kurslarda ixtisas təhsili alıb işləyə bilərsiniz. İndi üstünlük peşə-sənət ustalarınındır. Hər yerdə Sizə tələbat böyükdür.
Tədris Mərkəzində digər peşələrə də yiyələnə bilərsiniz. Kursun sonunda Sizə diplom və sertifikat verilir. Böyük ehtiyac duyulan sahələr üzrə mükəmməl bilik və vərdişlər də Tədris Mərkəzində ixtisaslı müəllimlər və ustalar tərəfindən öyrədilir. Bu günün tələbat duyulan peşələrinin: aşpaz, qənnadıçı-şirniyyatçı, barmen, ekskursiya bələdçisi, qeydiyyatçı ixtisasları və otelçilik işinin müxtəlif sahələri üzrə təhsil alıb fəaliyyət göstərə bilərsiniz.
Dərzi, mühasib, bərbər, kargüzar, kompüter operatoru, dülgər-xarrat, elektrik montyoru, elektrik qaz qaynaqçısı, santexnik, çilingər, satıcı-nəzarətçi kassir, suvaqçı-rəngsaz kimi ixtisaslara da Tədris Mərkəzində yiyələnmək mümkündür.
Tədris Mərkəzində günümüzün vacib peşə və sənətlərinin öyrədilməsi nəzərdə tutulub. Siz burada kondisioner quraşdırılması və təmiri, kompüter, krosna, mobil telefon ustası kimi də yetişə bilərsiniz. Həmçinin Photoshop proqram və foto və videoqraf kursları da Sizin sərəncamınızdadır. Bir sözlə, müxtəlif peşə və sənətləri özündə birləşdirən Tədris Mərkəzində ən optimal müddətdə 44 peşə və ya sənətə yiyələnmək olar. Çeşid genişdir, seçim Sizindir, əziz gənclər! Məktəbdə yüksək peşəkarlığa malik təcrübəli müəllim və ustalar çalışmaqla yanaşı Sizin üçün hər cür şərait yaradılıb: fənn otaqları, auditoriya və kitabxana, iclas zalı , kompüter mərkəzi, laboratoriya və müasir tədris avadanlıqları Sizin peşə və sənət öyrənməyinizə yardımçı olacaqdır. Onu da bildirək ki, öyrəndiyiniz ixtisaslar üzrə Mingəçevirdə fəaliyyət göstərən müəssisə və idarələrdə, səhiyyə ocaqlarında təcrübə keçmək imkanınız da vardır.
Zəka-S Təlim Tədris Mərkəzində hazırlıq kursları da fəaliyyət göstərir. 19 hazırlıq kursundan Siz istədiyiniz ixtisaslar üzrə bilik və savadınızı artıra, imtahan və müsabiqələrdən uğurla çıxa bilərsiniz:
- Abituriyent hazırlığı kursu
- Şəhadətnamə üçün hazırlıq kursu
- Magistraturaya hazırlıq kursu
- Hərbi hazırlıq kursu
- Dövlət Qulluğuna hazırlıq kursu
- Müəllimlərin İşə Qəbul (MİQ) imtahanına hazırlıq kursu
- Müəllimlərin Sertifikasiya imtahanına hazırlıq kursu
- Sürücülük hazırlıq kursu
- Məktəbəqədər hazırlıq kursu
- Erkən inkişaf hazırlıq kursu
- İbtidai sinif üzrə hazırlıq kursu
- Məktəb fənlərinə hazırlıq kursu
- İngilis dili kursu
- Rus dili kursu
- Alman dili kursu
- Fransız dili kursu
- Ərəb dili kursu
- Kompüter hazırlığı kursu
- YÖS-Yabançı Universitetlərə hazırlıq kursu- Sizin yolunuzu gözləyir!
Öz peşənizin mahir sənətkarı olmaq istəriysinizsə Zəka-S Təlim Tədris Mərkəzinə gəlin. Təhsil ödənişlidir. İstədiyiniz ixtisasa yiyələnin.