Gənclərin nəzərinə!
“Zəka-S MMC” Təlim-Tədris Mərkəzi ilə Rusiya Federasiyasının Moskva İqtisadiyyat İnstitunun Serpuxov Şəhər Açıq Kolleci arasında geniş və əhatəli beynəlxalq əməkdaşlıq müqaviləsi bağlanmışdır.
Müqavilənin bağlanılmasında başlıca məqsədlərdən biri azərbaycanlı gənclərin Rusiya Federasiyasının Serpuxov Şəhər Açıq Kollecində təhsil almalarını təmin etməkdən ibarətdir. Bunun üçün isə “Zəka-S MMC” Təlim-Tədris Mərkəzinə müraciət etmək kifayət olacaq. Siz burada qəbul şərtləri barədə, Kollecin fəaliyyət dairəsi ilə bağlı ətraflı məlumatlar əldə edə biləcək həmçinin Kollecə qəbul olaraq təhsil almaq imkanı qazanarsınız.
Serpuxov Şəhər Açıq Kollecində əyani, əyani-qiyabi, qiyabi və uzaqdan təhsil (distant) formalarında təhsil almaq mümkündür. Onu da qeyd edək ki, rus dili biliyi zəif olanlar üçün “Zəka-S MMC” Təlim-Tədris Mərkəzində rus dili kursları fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən kursların yaradılmasında məqsəd rus dilinin öyrədilməsi ilə yanaşı tədris edilən elmlərin mənimsənilməsi üçün Sizlərə kömək göstərməkdir.
Serpuxov Şəhər Açıq Kollecində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:
- İnformasiya sistemləri və proqramlaşdırma;
- Landşaft və bağçılıq ustası;
- Sığorta işi (sahələr üzrə);
- Psixologiya;
- İqtisadiyyat və mühasibat uçotu;
- Logistikada əməliyyat fəaliyyəti;
- Bank işi;
- Sosial iş;
- Sosial təminatın hüququ və təşkili;
- Xüsusi Məktəbəqədər təhsil;
- Fotoqrafiya;
- Fotoqrafiya texnikası və incəsənəti;
Kollecə Ümumi Orta Təhsil bazasından (9 illik) və Tam Orta Təhsil bazasından (11 illik) tələbə qəbulu aparılır. Təhsil müddəti ixtisas və təhsil bazasına görə 10 aydan 3 il 6ay müdətədək dəyişir. Məzunlar ixtisas üzrə işləyə və yaxud təhsillərini yuxarı kursdan Moskva İqtisad İnstitutunda davam etdirə bilərlər.
Əziz məzunlar və valideynlər! Moskva İqtisadiyyat İnstitutunun və Serpuxov Şəhər Açıq Kollecin təhsil imkanlarından faydalanmaq üçün "Zəka-S MMC" Təlim-Tədris Mərkəzinə müraciət edə bilərsiniz. Uzaqdan Təhsil Texnologiyasının köməkliyi ilə də institutun hər hansı ixtisasını bitirməyiniz mümkündür!
"Zəka-S MMC" Təlim-Tədris Mərkəzində bunun üçün hər cür şərait və imkan istifadənizdə olacaq!