1C mühasibat kursları
1C proqramı istənilən növ müəssisələrdə mühasibat uçotu işini avtomatlaşdırmaq arzusunda olan mühasiblər üçün nəzərdə tutulub. Bu proqram həm yeni işə başlayan, həm də təcrübəli mühasiblər üçün faydalıdır. Sizin 1C proqramında işə sıfırdan başlamağınızdan və ya işlədiyiniz müəssisədə 1C proqramının çoxdan istifadə olunmasından asılı olmayaraq, Siz bu proqramın bütün incəliklərini öyrənəcəksiniz. Kurs müddətində Siz 1C proqramının funksional düymələrini, bazaların yaradılması, arxivləşdirilməsi, məlumatların surətinin çıxarılması və hesabatların hazırlanması qaydaları ilə tanış olacaqsınız. Bir sözlə, proqrama girişdən başlayaraq, lazımı yekun hesabatların çıxardılmasına və onların analizinə kimi aparılan bütün əməliyyatlarla bağlı suallarınıza cavab alacaqsınız. 1C proqramı üzrə kursların əsas fərqi dərslərin yalnız nəzəriyyə üzrə deyil, həm də təcrübə üzrə olmasıdır. Qiymətlər yüksək təlimə rəğmən digər kurslardan aşağıdır.