Məzunların və valideynlərin nəzərinə!

"Zəka-S MMC" Təlim-Tədris Mərkəzi ilə Rusiya Federasiyasının MOSKVA İQTİSADİYYAT İNSTİTUTU arasında geniş və əhatəli beynəlxalq əməkdaşlıq müqaviləsi bağlanmışdır.

Başlıca məqsədlərdən biri azərbaycanlı gənclərin Moskva İqtisadiyyat İnstitutunda təhsil almalarını təmin etməkdən ibarətdir. Bunun üçün "Zəka-S MMC" Təlim-Tədris Mərkəzinə müraciət etmək kifayətdir. Siz burada qəbul şərtləri  barədə, institutun  fəaliyyət dairəsi ilə bağlı ətraflı məlumatlar əldə edə bilər, həmçinin instituta qəbul imkanı qazanarsınız.

Moskva İqtisadiyyat İnstitutunda əyani, əyani-qiyabi,  qiyabi və uzaqdan təhsil (distant)  formalarında təhsil almaq mümkündür. Onu da qeyd edək ki, rus dili biliyi  zəif olanlar üçün "Zəka-S MMC" Təlim-Tədris  Mərkəzində rus dili kursları fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən kursların  yaradılmasında məqsəd rus dilinin öyrədilməsi ilə yanaşı tədris edilən elmlərin mənimsənilməsi üçün Sizlərə kömək göstərməkdir.

Moskva İqtisadiyyat İnstitutunda aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:

  • Biznes-informatika;
  • Dizayn;
  • Hüquqşünaslıq;
  • Psixologiya;
  • İqtisadiyyat;
  • Menecment;
  • İnsan Resurslarının idarə edilməsi;
  • Dövlət və Bələdiyyə idarə etməsi;
  • Mənzil-təsərüffatı və komunal xidmətlər;

İnstitutda bakalavr və magistratura pillələri ilə yanaşı orta ixtisas peşə kolleci də fəaliyyət göstərir. Bildiririk ki, orta ixtisas kollecini bitirən gənclər diplom alıb işləyə bilərlər və ya institutun ikinci kursunda təhsilini davam etdirmək imkanına malikdirlər.

Əziz məzunlar və valideynlər! Moskva İqtisadiyyat İnstitutunun təhsil imkanlarından faydalanmaq üçün "Zəka-S MMC" Təlim-Tədris  Mərkəzinə müraciət edə bilərsiniz. Uzaqdan Təhsil Texnologiyasının köməkliyi ilə də institutun hər hansı ixtisasını bitirməniz mümkündür!

Zəka-S Təlim-Tədris Mərkəzində yolunuzu gözləyirik.

ÜNVANIMIZ:     Mingəçevir şəhəri, Samux küçəsi-7.

                                 Telefon:+994 (55) 552-59-78.

                                                  +994 (50) 315-53-03

                                                  Whatsapp: 050-315-53-03