Uğurlu Əməkdaşlıq üçün gözəl imkan!

Uğurlu Əməkdaşlıq üçün gözəl  imkan!

29 iyul 2024 -ci il tarixdə  Azərbaycan Respublikası  Mediasiya şurasının 1 saylı Mingəçevir  Mediasiya təşkilkatı və   Azərbaycan Respublikası  Zəka-S Təlim Tədris Mərkəzi arasında Əməkdaşlıq Memarandumu bağlanmışdır. Azərbaycan Respublikası  Mediasiya şurasının 1 saylı Mingəçevir  Mediasiya təşkilkatı ilə Azərbaycan Respublikası  Zəka-S Təlim Tədris Mərkəzi arasında əməkdaşlıq imkanlarını , eləcə də əməkdaşların maarifləndirilməsi sahəsində yaranan zərurəti diqqətə alaraq  ikitərəfli əməkdaşlığın faydasını təsdiq edərək, məlumat və təcrübə mübadiləsi istəyi ilə, aşağıdakı Memorandumu bağladılar. Memarandumu 1 saylı Mingəçevir  Mediasiya təşkilkatının direktoru Ayaz İsmayılzadə və Zəka-S Təlim Tədris Mərkəzinin direktoru i.e.d. professor  Əyyub Əyyubov imzaladılar. İmzalanma mərasimində həmçinin Memarandumu 1 saylı Mingəçevir  Mediasiya təşkilkatının fəal mediatoru, təcrübəli hüquqşünas Mirməmməd Əyyubov da iştirak edirdi.

Tərəflər hər iki müəssisənin qüvvədə olan qanunvericiliyə və bu Memorandumun müddəalarına

uyğun olaraq, bərabər,  qarşılıqlı  və ümumi maraq doğuran sahələrdə  əməkdaşlığın inkişafına töhfə verməyi qarşıya  məqsəd qoyurlar.

 Azərbaycan  Respublikası Mediasiya Şurasının 1 saylı Mingəçevir Mediasiya təşkilatı   ilə Zəka-S Təlim Tədris Mərkəzi  əməkdaşlıq fəaliyyətini reallaşdırmaq məqsədi ilə aşağıdakı öhdəlikləri öz üzərlərinə götürürlər.

Mingəçevir 1 saylı Mediasiya Təşkilatı  Zəka-S Təlim Tədris Mərkəzinin  əməkdaşları üçün Mediasiya fəaliyyətinin mahiyyəti, bu xidmətin fəaliyyət üstünlükləri, vətəndaşların hüquqlarının təmin edilməsi istiqamətində onlara daha  rahat hüquqi  imkanlar yaradılması istiqmətində təqdim edə bilinəcək xidmətlər haqqında maarifləndirici və təşfiq edici söhbətlər aparılması üçün  Zəka-S Tədris-Təlim Mərkəzində  vaxtaşırı görüşlər təşkil etməyi.

Cəmiyyətdə son vaxtlar daha çox yer alan və ümumi narahatçılıqlara səbəb olan ailə və əmək

münasibətlərinin pozulmasına  gətirən mübahisələr   baş verdikdə qarşıya gələn hüquqi prosedurlar mövzusunda birgə elmi-nəzəri konfranslar təşkil etməyi                                                                                                                                            

Hər iki təşkilata məxsus olan  təbliğat-təşfiqat lövhələrində və elektron daşıyıcı informasiya səhifələrində  Zəka-S  Təlim Tədris Mərkəzinin fəaliyyəti və bu müəsisə ilə aparılan əməkdaşlıq fəaliyyəti haqqında məlumatları yerləşdirməyi.

Tələbə və müdavimlərinin  Mingəçevir 1 saylı Mediasiya Təşkilatında  təcrübə keçmələrinə şərait yaratmağı.                                                                                                                                                 

Hər iki təşkilatın fəaliyyətini əks etdirən xəbər və məlumatların Feysbuk, İnstiqram və digər  şəbəkələrdə paylaşılmasını təşkil etməyi

Uğurlu həyata keçirdiyi  Benəlxalq əməkdaşlıqlar fonunda Mingəçevir 1 saylı Mediasiya Təşkilatı əməkdaşları üçün Rusiya Federasiyasının Moskva İqtisadiyyat İnstitunda Uzaqdan Təhsil Texnalogiyasının tətbiqi ilə ixtisasartırma və ixtisasdəyişmə kurslarında təhsil almalarını təşkil etmək.(Onların müvafiq diplom və sertifikatlarla

təmin olunmasını təşkil etmək).

Əmin olmaq istəyirik ki, memarandum hər iki müəssisənin qarşılıqlı marağına və fəaliyyətinin daha da yaxşılaşdırmasına xidmət edəcək əməkdaşlığın həyata keçiriməsinə böyük imkanlar yaradacaq.