“Zəka-S” Təlim-Tədris Mərkəzində növbəti sınaq imtahanı keçirilib

“Zəka-S” Təlim-Tədris Mərkəzində 15 iyun 2021-ci il tarixdə fənlər üzrə sınaq imtahanı təşkil edilib. Abituriyentlərin öz nəzəri biliklərini möhkəmləndirmək məqsədilə təşkil edilən sınaq imtahanında Mingəçevir şəhər tam orta məktəblərinin şagirdləri ilə yanaşı ətraf rayonların məktəblərinin şagirdləri də iştirak etmişdir.

Nəzərinizə çatdırırıq ki, mərkəzin qısa müddətli fəaliyyətinə baxmayaraq artıq ikinci sınaq imtahanı təşkil edilmişdir. Sınaq imtahanında I,II,III,IV,V,VI,VII,VIII,IX və X sinif şagirdləri iştirak edib. Sınaq imtahanında yüksək nəticə əldə edən şagirdlər 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülərək müvafiq sertifikatlarla təltif ediliblər. “Zəka-S” Təlim-Tədris Mərkəzinin direktoru professor Əyyub Əyyubov şagirdləri yüksək nəticə göstərdikləri üçün təbrik edərək sertifikatları təqdim edib.

Qeyd edək ki, təqdimatda şagirdlərlə birgə valideynləri də iştirak edib. “Zəka-S” Təlim-Tədris Mərkəzinin təşkil etdiyi sınaq imtahanından razı qaldıqlarını və məmnunluqlarını bildirən valideynlər öz müsbət təəsüratlarını bölüşüblər.

Abituriyentlərin və şagirdlərin nəzərinə!

  • Yeni tədris ilindən “Zəka-S” Təlim-Tədris Mərkəzində hər ay sınaq imtahanları təşkil ediləcək.
  • Təşkil edilən sınaq imtahanında yüksək nəticə göstərən şagirdlər sertifikatlarla və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
  • Təlim-Tədris Mərkəzində kurs keçən şagirdlərə isə hər ay təşkil edilən sınaq imtahanları ödənişsiz olacaq.

Hər birinizə uğurlar və müvəffəqiyyətlər arzulayırıq!