“Zəka-S” Təlim-Tədris Mərkəzində təhsil alan növbəti tələbəyə diplom təqdim edilib

“Zəka-S” Təlim-Tədris Mərkəzində təhsil aldığı kompüter operatoru üzrə kursun növbəti məzununa diplomun təqdimatı mərasimi keçirilib.

Təqdimat mərasimində çıxış edən “Zəka-S” Təlim-Tədris Mərkəzinin direktoru professor Əyyub Əyyubov kursun məzununu təbrik edib, ona gələcək təhsil və fəaliyyətində uğurlar arzulayıb. Daha sonra mərkəzin direktoru Əyyub Əyyubov kursu bitirən müdavimə diplom təqdim edib.

O qeyd edib ki, gənclərin məhz "Zəka-S" Təlim-Tədris Mərkəzin kurslarına cəlb edilməsi, fəal iştirak etməsi gələcək nəslin biliklərə yiyələnməsi ilə yanaşı bu kursları bitirən gənclər həm də faydalı universal bacarıqlarını inkişaf etdirirlər.

Nəzərinizə çatdırırıq ki, 22.02.2021-ci il tarixdən “Zəka-S” Təlim-Tədris Mərkəzində 19 hazırlıq kursu və 40 peşə üzrə tədris aparılır. Həmçinin kompüter operatoru peşəsi üzrə tədris aparılan tələbələr 22.05.2021-ci il tarixdə tam proqram üzrə kursu başa vurmuşlar.

“Zəka-S” Təlim-Tədris Mərkəzində hazırda təhsil alan bütün tələbələrə uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Müasir dövrdə tələb olunan peşələrə yiyələnmək, uğurlu gələcək üçün "Zəka-S" Təlim-Tədris Mərkəzini seçməyə tələsin!